|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
Könüllərin gülü HƏZRƏTİ MƏHƏMMƏD
Sən bizə rəhbər və müəllim oldun. Sənin
məktəbində həqiqi insanlığı öyrəndik, gizli
dünyanı və axirət səadətinin müəmmasını anlaya
bildik. Bəli, Sən olmasaydın, fələk səmada dövr
etməyəcək və Sən dadımıza çatmasaydın, həyatın
işığı sönəcək, dünya da gedib boş başını
qiyamətə çırpacaqdı... Sən vəladətdən qəbir
qapısına qədər uzanan yolda həyatı öyrədən,
yemə, içmə, sevinc və kədəri, xülasə, həyata
dair hər nə varsa, öyrədən yeganə Mürşidsən...
Məcmuədə mümtaz ziyalı alim və mütəfəkkirlərin
qələmindən süzülən peyğəmbəranə mərhəmət,
müsamihə (günahlara, səhvlərə, qüsurlara göz
yummaq, bağışlamaq, güzəştə getmək), sülh və
şəfqəti önə çəkən möhtəviyyatı seçdik. Mərhəməti
Sonsuz olan Allahdan ümid edirik ki, Sevgili
Peyğəmbərimizin (s.ə.s.) adı Günəşin
doğub-batdığı hər yerə çatacaq, dillər Ona
göndərilən salavatlarla məst olacaq, bəşəriyyət
Ona olan ehtiyacının fərqinə varacaq və Onu
necədirsə, elə də tanıyacaq!
Bəzən insanlarda mənfiliklər görəndə üzülür,
sıxıntı keçiririk.Hətta “Ax, insanlar”deyib üz
döndəririk onlardan, dünyadan...
küskünləşirik.Amma haqlı deyilik. Çünki onlar
bütün ömrünü insanlıq yolunda şam kimi əridən,
insanlığa yeni dünya bağışlayan Allah Rəsulundan
xəbərsizdirlər. Onlar Allah Rəsulunu bilsə
idilər....Onlar Onun həyatını oxusa, yaşasa
idilər, duysa idilər...
|
|
|
ISBN |
978-9952-439-13-7 |
| Səhifə |
64 |
| Ölçü |
20x26.5 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|