K i t a b ı n  T a n ı t ı m ı
BOŞANMAQ ÜÇÜNMÜ EVLƏNİRİK?

Ailə cəmiyyətin əsası, dövlətin təməli, əxlaqın yuvası,  mənəviyyatın məktəbi... Ailə nazlı körpələrin dil açdığı, gülüşü ilə könüllərə fərəh saçdığı  aləm... Ailə böyük insanların, dahilərin yetişdiyi, alimlərin insan olduğu  mühit...Ailə Allahın  lütfü, ağsaqqalın  xeyir-duası, fərdlərin muradı ilə qurulur.Onu qurmaq qoruyub saxlamaqdan qat-qat asandır. Problemsiz ailə yoxdur, amma qarşıya çıxan problemləri həll etməkdə aciz qalan, və ya həll etmək istəməyən  ailələr var. Sağlam, gözəl bir ailənizin olmasını, evinizdə səadətin hakim olmasını istəyirsinizsə, sizə təqdim edilən məsləhətlərə ciddi yanaşın. Bu kitabda  ailədaxili münasibətlər, onların tənzimlənməsi, yaranan problemlər və onların həlli yolları  öz əksini tapmışdır.
Kitab  geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

ISBN 978-9952-439-33-5
Səhifə 142
Ölçü 14x21
Qiymət

1.50 AZN