|
|
|
|
K i t a b ı n T a n ı t ı m ı |
|
CÖVŞƏNİ-KƏBİR
Cövşəni-Kəbir hər biri Allahın isim və
sifətlərindən onunu əhatə edən yüz bölümdən
ibarət uzun bir duadır. Bu minacatların əsas
qayəsi dua və hər fəslin sonunda təkrarlandığı
kimi, dünya və axirət əzabından qurtuluş üçün
bir niyazdır. Cövşəni-Kəbir məzmununun dərinliyi,
ifadələrinin açıq olması və oxunuşundan əldə
olunacaq dünya və axirət mükafatlarına dair
gələn rəvayətlər baxımından çox oxunan dualar
sırasındadır. Bu dua toplusu insan üçün mənəvi
zireh, Uca Yaradana acizanə yalvarış, mənəvi
feyz qaynağı, Allah Rəsulunun bir əmanətidir.
Duanın orijinal ərəb dilində oxunuşu verilmiş,
mənası isə İlahiyyatçı-Şərqşünas Qafar Ocaqlı
tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Cövşəni-Kəbir hər bir müsəlman üçün dəyərli
vəsaitdir.
|
|
|
ISBN |
978-9952-439-17-5 |
| Səhifə |
96 |
| Ölçü |
8.5x12.5 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|