|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
İSLAMDA DİALOQ VƏ TOLERANTLIQ
İslamın terrorizmlə eyniləşdirildiyi, təhrif
olunmuş şəkildə insanlara təqdim
edildiyi,insanlarda İslama fobiyanın
formalaşdırıldığı bir dövrdə İslamın əsl
mahiyyətini cəmiyyətə çatdırmağa hava-su kimi
ehtiyac var. Bu qloballaşan dünyanı
insanlararası münasibətləri ən mükəmməl şəkildə
tənzimləyən İslamsız düşünmək qeyri-mümkündür. - Kitab əhli kimə deyilir? Yəhudilər və
Xristianlar kitab əhlidirmi? - Kitab əhli ilə dialoq qurmağı əmr edən
ayələr varmı? - “Yəhudi və xristianlarla dost olmayın”
və “Nə yəhudilər, nə də xristianlar, Sən onların
dinlərinə tabe olmadıqca, əsla Səndən razı
olmazlar” və buna bənzər məaldakı ayələr necə
başa düşülməlidir? - Qurani-Kərimə görə, qeyri-müsəlmanlarla
münasibətlərdə döyüş əsasdır, yoxsa sülh? - “Cihad” və “Dialoq” bir-birinə zidd anlayışlar
deyilmi? - Allah Rəsulunun (s.ə.s.) kitab əhli ilə sosial
və ya ticari əlaqələri vardırmı? - Hz. Muhammədin (s.ə.s.): “Mən “Lə iləhə
illəllah” deyənədək, Mənə və Mənim
gətirdiklərimə iman edənədək insanlarla
döyüşməklə əmr olundum.
Kim bunu deyərsə, Məndən qanını və malını
qorumuş olar. Bunun xaricindəki hesab Allaha
aiddir” hədisi küfrün döyüş səbəbi olacağına
dəlildirmi? - Tarix boyunca müsəlmanlar digərlərini müsəlman
olmağa heç məcbur etmişlərmi? - Tolerantlıq və dialoq yeni bir layihədirmi?
Daha əvvəl də belə fəaliyyətlər var idimi? - Bu günə qədər həyata keçirilən dinlərarası
dialoq fəaliyyətlərinin İslamiyyət üçün konkret
faydaları varmı? Suallardan göründüyü kimi, bu kitab müasir
dünyamızın aktual mövzularına həsr olunmuşdur.
Kitabda günlərlə, bəlkə də, illərlə zehninizi
məşğul edən, hər kəsin fərqli şərhlər verdiyi,
qaneedici cavablar tapmaqda çətinlik çəkdiyiniz
məsələlərə, problemlərə məntiqli, əsaslı izahlar
verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
|
|
| ISBN |
978-9952-439-31-1 |
| Səhifə |
152 |
| Ölçü |
14x21 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|