|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
KÖNÜL TAXTIMIZIN BƏNZƏRSİZ SULTANI
PEYĞƏMBƏRİMİZ
sallallahu əleyhi və
səlləm Bu
gün Onu nə qədər biliriksə, o qədər sürurlu, nə
qədər yaxından tanıyırıqsa, o dərəcədə mənən
rahat və yenə Onun həyatına nə qədər bələdiksə,
o dərəcədə də xoşbəxtik! Başqa sözlə, bizlər Ona
hiss etdiyimiz ehtiyac qədər başqalarına möhtac
olmaqdan uzağıq, Onun əngin dünyasına laqeyd
olub oradan uzaqlaşdığımız qədər də başqalarının
qapısında şəxsiyyət və qüruru çeynənən dilənçi
olmağa məhkumuq! Bu da bir həqiqətdir ki, əshabı
ilə birlikdə Onun (s.ə.s.) bugünkü dünyamıza
çatdırılmasında hələ görüləsi çox iş var. Çünki
əldə edilən hər bir məlumat yeni bilgilərin
qazanılmasına vəsilə olur və bu məlumatlar da
dünyaya rəng verən bəyanların hər kəsə
çatdırılması üçün yeni-yeni imkanlar mənasına
gəlir. Belə ki, Onun (s.ə.s.) həyatına açılan
hər bir qapı minlərlə açılmalı qapının
müjdəçisidir... Bu kitab siyər ənənəsinə
sədaqətlə, sətir aralarında qalmış və
gələcəyimizi istiqamətləndirən incəlikləri bu
günə əks etdirərək Allah Rəsulunun (s.ə.s.)
nümunəvi həyatından bəhs edən, bəhs edərkən
insanı əsrlərlə əvvələ – Peyğəmbər dünyasına
aparan və ya o dünyanı yaşadığımız əsrlə
bütünləşdirən yeni və özünəxas üslubda yazılmış
bir əsərdir. Dil baxımından sadə, üslub
baxımından axıcı və hadisələri təqdim etmə yönü
ilə də işin əslinə sadiq qalmaqla qələmə alınan
duyğu yüklü bu əsərlə Peyğəmbərimizlə (s.ə.s.)
aramızdakı məsafələrin az da olsa aradan
qalxacağını düşünür, insanların səadətinə həsr
edilən bu həyatı oxumaqla öhdəmizə düşən
vəzifələrə daha möhkəm sarılacağımızı ümid
edirik.
|
|
|
ISBN |
978-9952-439-43-4 |
|
Səhifə |
560 |
|
Ölçü |
14x21 |
|
Qiymət |
5 AZN |
|
|
 |
|
|
|
|
|
|
|