|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
Yeniyetməlik dövrünün
YOL XƏRİTƏSİ
Gənclik həyatın
baharı... Gözün
işıqlı, dizin təpərli, biləyin bükülməz vaxtı... Əgər
ona sahib çıxan, əl uzadan olsa
və
bu
əl xeyirxahdırsa,
bu zaman o,
könül
verdiyi
ideallar
uğrunda gözünü
qırpmadan
canından
keçməyə
hazır olar...
Haqq-ədalət
uğrunda
ölümə belə
hazır,
haqsızlığın qarşısında
aslan kimi
kükrəyən, qırılan
bir könül
qarşısında
göz yaşlarını
selə döndərən...Tərbiyə ilə
imdadına
çatılacağı
ana
qədər gənc yetişdiyi çevrə, həvəs və zövqün
pərvanəsidir..
Ona
keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq
tərbiyə verildikdə,
milli
duyğu və düşüncəni təmsil edən
bir qəhrəman
olur.
Bu kitabda ailə və cəmiyyət, gənclik və cəmiyyət,
gəncliyin formalaşması və bunda mühitin, ailənin,
dostların rolu, yeniyetmənin düşüncələri, gənclik və
təhsil, gəncliyin düzgün tərbiyə edilməsi yolları,
yaş dövrlərinə görə davranışları, neqativ vərdişləri
və bunlardan xilas olmaq yolları, əlverişli mühit
məsələsi, ixtisas və peşə seçimi, yeniyetmələrlə
münasibətlərin qurulması kimi mövzular işlənmişdir.
Xüsusən, yeni mərhələyə – yeniyetməlik dövrünə qədəm
qoyan uşaqlarda mənəvi-psixoloji, fiziki amillərin
və dəyişikliklərin təsiri ilə meydana çıxan
anlaşılmazlıqların müsbət istiqamətdə həll edilməsi
yolları, onlarda məsuliyyət duyğusunun
formalaşdırılması, ehtimal olunan fəsadların
vaxtında aradan qaldırılması metodları elmi faktlar,
misallarla izah edilmişdir. Kitabın valideynlərin
uşaqlarda müşahidə edilən pozitiv və neqativ
halları daha yaxşı dəyərləndirməsinə, müəllimlərin
pedaqoji qabiliyyətlərini daha da inkişaf
etdirməsinə, gənclərin isə özlərini və kiçikləri
daha yaxşı dərk etməsinə kömək edəcəyi ümidindəyik.
Kitab pedaqoqlar, psixoloqlar, tələbələr,
valideynlər və digər maraqlananlar üçün nəzərdə
tutlumuşdur.
|
|
|
ISBN |
978-9952-439-32-8 |
|
Səhifə |
127 |
|
Ölçü |
14x21 |
|
Qiymət |
1.50 AZN |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|