|
|
|
|
K i t a b ı n T a n ı t ı m ı |
|
GÜL
ƏTİRLİ HEKAYƏLƏR
Elə hadisələr var ki, az qala dünən
texnoloji vasitələrin hökm etdiyi bir mühitdə baş
verib, amma sənədlərdə, lentlərdə qalıb, yaddaşlardan,
xatirələrdən silinib, tarixə gömülüb.
Elə hadisələr də var ki, tarixin yazısız, ibtidai
dövrlərində baş verib, amma onlar sənəd kimi
könüllərə, düşüncələrə köçürülüb. Məhz belə
hadisələrin iştirakçısı olan böyük şəxsiyyətlər
qəlblərdə taxt qurmuş, illərlə, əsrlərlə insanlara
yol göstərmişdir.
Əsərdə daha çox ibrətamiz məzmunlu hekayələr əksini
tapmışdır. Hədislərdə nəql edilən misallar yeni bir
üslubda işlənmişdir. Hədisin orijinal mətnində
olmasa da, kitabda verilən hekayələrə fikri
tamamlamaq üçün əlavələr edildiyini qeyd etmək
yerinə düşərdi.
Əsər dünyanın ibrətli keçmişi ilə tanışlıq, onu
öyrənmək, dövranın hikmətlərinə aydınlıq gətirmək
baxımından faydalıdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
|
|
| ISBN |
978-9952-439-07-6 |
| Səhifə |
184 |
| Ölçü |
14x21 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|