K i t a b ı n  T a n ı t ı m ı
HEYVANLARIN DİLİNDƏN

Bu kitabdakı məlumatlar elm dünyasının bizlərə təqdim etdiyi maraqlı həqiqətlərdir. Bu həqiqəti hər heyvanın öz dilindən dinləmək isə anlaşılmasını asanlaşdıran təmsil tərzidir. Bu kitabda, heyvanların öz dili ilə özləri haqqında maraqlı  faktlar verilmiş, hər heyvanın eko­sistemdə yeri və mövcudluq səbəbi izah edilməklə yanaşı, varlıqların yaradılışındakı gözəlliklərə diqqət yetirilmişdir. Sirlərlə dolu heyvanlar aləmi ilə tanışlıq dünyagörüşün, biliyin artırılması baxımından  kitabın təqdim etdiyi məlumatlar diqqətəlayiqdir. Kitabda nəhəng balinanın intuisiyasından, yarasanın radar sistemindən və başqa maraqlı məlumatlardan bəhs olunur. Kitab elmi faktları əks etdirsə də, sadə və anlaşıqlı dildə yazılmışdır.
Kitab geniş oxucu kütləsi, xüsusilə bioloqlar, müəllimlər, müvafiq ixtisaslarda təhsil alan tələbələr, məktəblilər  üçün nəzərdə tutulur.
ISBN 978-9952-439-22-9
Səhifə 176
Ölçü 14x21