|
|
|
|
K i t a b ı n T a n ı t ı m ı |
|
HİKMƏT DƏNİZİ
Nizami, Nəsimi, Füzuli, Mövlana, Yunus Əmrə ,
Nəcib Fazil, Mehmet Akif kimi söz ustadları sözə
sonsuz mənalar yükləmiş, onu cilalamış, üfüqünü
genişləndirmişlər. Onların həyatı sözləri qədər
cilalı və pak, əməlləri əsərləri qədər
dəyərlidir. Bir insan o vaxt fəzilət sahibi
olar ki, özünə böyük şəxsiyyətləri müəllim seçmiş
olsun. Böyük şəxsiyyətlərin həyatından bəhs edən
mənqibələr (ibrətamiz rəvayətlər), hekayələr
mədəniyyətimizdə əhəmiyyətli yerə malikdir. Bu
kitabdakı rəvayətlər müxtəlif qaynaqlardan
toplanmış, onlardan çıxarılacaq nəticələrə də
bir qədər işarə olunmuşdur. Hamısı gerçək
hadisələrə söykənirmi? Əslində hekayədə tarixi
dəqiqlik axtarılmaz. Mənqibədə axtarılan görünüş,
tarixilik deyil, məğzdir, mahiyyətdir, hikmətdir... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
|
|
|
ISBN |
978-9952-439-19-9 |
|
Səhifə |
152 |
|
Ölçü |
14x21 |
|
Qiymət |
2 AZN |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|