K i t a b ı n  T a n ı t ı m ı
Könüllərdən könüllərə
MÖVLANA

İnsan dəyərinə görə ərşdən də üstündür... Bu qiyməti bilinməz insanın dəyərini desəm, mən də yanaram, dünya da! Amma əfsuslar olsun ki, zavallı insan özünü tanıya bilmədi. Çox uzaqlardan – əzəl aləmindən gəldi buraya, bu kirli dünyaya... O, dəyərli atlaz parçası kimi idi, özünü əbaya yamaq etdi... Könülləri fəth etdi Mövlana... Təvazökarlığı, imanı, əqidəsi, Allah sevgisi ilə... İnsana insan kimi baxdı, onu sevdi, sevdirdi... “Ədəb! Ədəb! deyə hayqırdı Mövlana... Heç kəsə “Get” demədi, “Nə olursan ol, gəl” dedi... Bu gün bu qütbləşmələr dünyasında, kinin, nifrətin baş alıb getdiyi, insanın sevgisizləşdiyi, sevginin yox olduğu cahanda Mövlana sevgisinə, Mövlana kimi sevməyə, Mövlana kimi fədakarlığa hər kəsin ehtiyacı var. Bu dərgidə Mövlananın hikmət dolu həyat yolu işıqlandırılmış, əsərlərindən nümunələr verilmiş, Şəms Təbrizi ilə dostluğundan bəhs edilmişdir.
İSBN 978-9952-439-04-5
Səhifə 64
Ölçü 20x26.5