|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
PAKCAN
və NURCAN
Vücudun
sağlamlığı ruhun dirçəlişidir. Mikroblar
hər yerdə: evdə, məktəbdə, əşyalarımızda, hətta
yediyimiz qidalarda belə var. Dolayısilə, bütün
günü kitab-dəftərlə məşğul olan, oynayan
uşaqlar mikroblarla daha çox təmasda olurlar.
Buna görə də, uşaqların bədənlərini,
paltarlarını, kitab-dəftərlərini, məktəblərini
şüurlu şəkildə təmiz saxlaması, yoldaşlarını da
buna təşviq etməsi, və ya natəmizlikdən
çəkindirməsi olduqca əhəmiyyətli və aktual
məsələdir. Uşaqlarda-övladlarınızda belə
davranışları formalaşdırmaq üçün müxtəlif
yollara əl ata bilərsiniz. Onlara vəd də verə
bilərsiniz, əmr də.Bir kitab verib təmizlik
aşılaya da bilərsiniz. Məhz “Pakcan və Nurcan”
kitabı pak vücuda, nur kimi parlaq ruha aparan
yolun qapısı, açarı, əsəridir. Mikrobların
vücudumuza daxil olması, çoxalmasının qarşısını
almaq üsulları, mikrobların yayılması, ən əsası
da zərərlərindən qorunma yolları kimi məsələlər
sadə, anlaşıqlı dillə izah edilmişdir. Bütün bu
məlumatlar Pakcan və Nurcan obrazlarının başına
gələn macəraların işığında canlandırılmışıdır. Kitab məktəblilər üçün nəzərdə tutulmuşdur.
|
|
|
ISBN |
978-9952-439-35-9 |
|
Səhifə |
96 |
|
Ölçü |
16x15.5 |
|
Qiymət |
2 AZN |
|
|
 |
|
|
|
|
|
|
|