|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
Haqqın əzəli xütbəsi
QURAN
Bütün kitablar tək bir Kitabın daha yaxşı dərk
edilməsi üçün... Bir müsəlman kimi Quranı dərk etməkdə hansı
səviyyədəyik? Əslində, Qurana qarşı
göstərdiyimiz vəfasızlıq, sadəcə Onu
bilməməklə bitmir. Bizi müsəlman olaraq
tanıyanlar Quranın bizim həyat tərzimizi təbliğ
etdiyini zənn edirlər. Yəni biz fərqinə varmadan
nöqsanlı hərəkətlərimizlə başqalarının da Quranı
yanlış anlamalarına səbəb oluruq. Məhz bu
səbəblərə görə də Quranı daha yaxşı anlamağa
çalışmalıyıq. “Bütün kitablar tək bir Kitabın
daha yaxşı dərk edilməsi üçün...” cümləsi bütün
səy və cəhdlərin “Qurani-Kərim”in daha yaxşı
dərk edilməsinə xidmət etdiyini necə də gözəl
ifadə edir.
Bir əsərdə “Quran”a hərtərəfli nəzər salmaq
mümkün deyildir. Bu araşdırmada sadəcə,
Quran yolunda irəli addım atmaq istəyənlərə yenə
də Onun nurlu şölələri altında, möhtəviyyatını
izah etməkdən daha çox, Onu “oxuma şüurunu” necə
əldə edə biləcəyimizi çatdırmağı qarşımıza
məqsəd qoyduq. Böyüklərimizin Qurana verdikləri
izahlardan istifadə etdik. Səhabələrin Qurana
olan bağlılıqlarından, sevgilərindən, hörmət və
təşviqlərindən bəhs etdik. Onu necə
oxuyub-dinləməli olduğumuza, “Quran”ın kimlərə
qarşı xəsis davrandığına, Onun əfsunlayıcı
ifadələri ilə İslama girənlərə, “Quran”dan necə
istifadə edə biləcəyimizə, Ona qarşı vəfasız
olmamağımız üçün nələrin gərəkli olduğuna qısa
və zəruri ifadələrlə toxunmağa çalışdıq.
Dünyanın hər yerində Quranın gətirdiyi
gözəlliklərlə tanış olan insanlar İslamı qəbul
etdiyi halda, bəs biz nə üçün müsəlman olaraq
dünyaya gəlişimizin verdiyi ülfət və ünsiyyət
içində Ona qarşı laqeyd qalırıq? Nə
olursa-olsun, üstümüzə qonan toz-torpağı
silkələyib, Quranın dərk edilməsi uğrunda
içinizdə bir qığılcım oyada biləcəksə, onda
tədqiqatımızın məqsədinə nail olduğuna ümid edə
bilərik.
|
|
| İSBN |
978-9952-439-08-3 |
| Səhifə |
64 |
| Ölçü |
20x26.5 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|