|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
On bir ayın sultanı
RAMAZAN
Hər keçən saniyə həyatdan axıb gedir və insanlar
yaşadıqları saleh günlərin dəyərli xatirələri
ilə təsəlli tapır. Bu hal insana gələcəkdə
təsəlli olacaq yeni saleh günlər yaşamalı
olduğunu xatırladır. Budur, dua və Allaha
yönəlmə mövsümü olan Ramazan ayı da indiyə qədər
yaşanan saleh günləri andıran canlı bir mənbə
kimi dəyərləndirilməyi gözləyir.
Ramazan orucu, Qədr gecəsini, təravihi, Quranı,
ibadəti, qulluğu və bayramı özündə ehtiva edən
bərəkətli bir aydır. Ramazan nə qədər ibadət
edilir-edilsin, həqiqi qurtuluşun ancaq Allahın
mərhəməti ilə əldə ediləcəyini bizə yenidən
xatırladır.
Bir çox əvf və qurtuluş yollarını özündə
toplayan bu ay Quranı anlamağı, onu oxuyarkən
ağlaya bilməyi, bütün əzalara oruc tutdurmağı,
hər gecəni Qədr gecəsi bilməyi, namaz və
duanın insana rahatlıq bəxş etdiyini, həqiqi
bayramın ancaq Allaha qulluq nəticəsində əldə
ediləcəyini öyrədir. Gecə-gündüz nemət və
fürsətlərlə dolu bu ay insanlarla olan
münasibətlərin əslində göründüyündən daha fərqli
olduğundan, hadisələrin insan ruhuna pıçıldadığı
məna dolu ehtişamdan xəbər verir. Eyni zamanda
Allaha yaxın olmaq üçün atılan addımların insan
ruhunda daha dərindən hiss edildiyi bu bərəkətli
ay, sanki qurumağa üz tutmuş könüllərə su səpir
və insanı daxili aləmində yeni bir dirilişə
hazırlayır…
Bu kitabda, Ramazan ayının gətirdiyi
maddi-mənəvi bərəkət qaynaqlarından bəhs edildi.
Bu ayın Allahdan gələn mükafatlarla həyatımızda
nə kimi dəyişikliklərə səbəb olduğu hiss
etdirilməyə çalışıldı. Allah-Təalanın və
Peyğəmbərimizin (s.ə.s) zikr etdiyi oruc, orucun
hikmətləri, Ramazanın xatirələrdəki yeri, sahur
vaxtının mənəvi zənginliyi və bərəkəti,
ruhlarımızın qidası təravih namazları və varlı
ilə yoxsul arasında qurulan körpülər, yəni zəkat
və sədəqə kimi ibadətlərdən bəhs edildi. İftar
süfrələrimizin qonaq-qaralı olmasının əhəmiyyəti
və iftar anlarının gözəllikləri xatırladıldı.
Peyğəmbərimizin (s.ə.s) və Onun sadiq tələbələri
olan Haqq dostlarının Ramazan günlərini necə
keçirdikləri, onları görən bəxtəvər insanların
müşahidələlərindən səhifələrə köçürüldü.
Allahım! Əfvini və rizanı istəyirik. Ya Rəbbi!
Bizə sənin razı olacağın işlər görməyi nəsib
et!
|
|
| ISBN |
978-9952-439-27-4 |
| Səhifə |
64 |
| Ölçü |
20x26.5 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|