|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
ŞƏMAİL
Görünüş və Davranışları İlə
Ən gözəl insan Peyğəmbərimiz
Sallallahu əleyhi
və səlləm
Həzrəti Əli (r.a.) gözəllər gözəli Peyğəmbər
Əfəndimizin (s.ə.s.) gözəl camalını və kamalını
belə yad edir:
“Peyğəmbər Əfəndimiz (s.ə.s.) nə uzun, nə də
qısa idi. Uzuna yaxın orta boylu idi. Saçları nə
qıvrım, nə də düz idi. Qıvrımla düz arasında
dalğalı bir saçı vardı. Nurani üzü nə tam yumru
və şiş, nə də uzun və arıq idi. Lətif bədəni
qırmızıya çalan gül rəngli, nurani və ağ idi.
Gözləri qara, kirpikləri uzun idi. İri sümüklü,
çiyinləri də geniş idi. Narın bədənində olan
tüklər sinəsindən aşağıya enən yerdə daha aydın
görünürdü. Mübarək əl və ayaqları yerli-yerində
ölçüyə malik idi. Yeriyərkən sanki yoxuşdan
aşağıya enirmiş kimi əzəmətlə addımlayar,
ayağını yerə sərbəst basardı.Bir kəslə
danışarkən və ya bir şeyə baxacağı zaman bütün
bədəni ilə o tərəfə yönəlirdi.İki çiyni arasında
peyğəmbərlik möhürü var idi ki, onsuz da, O,
nübüvvət mənzuməsinin möhürü son
peyğəmbərdir. İnsanlar içərisində sinəsi ən
geniş olan O idi. İnsanların ən doğru sözlüsü,
ən xoş xasiyyətlisi, ən həlimi, ən mürüvvətlisi,
ən alicənabı, ən zərifi, ən kübarı, ən lətifi
yenə O idi. Onu ilk dəfə görən şəxs
istər-istəməz, Onun qarşısında bir ucalıq
hissinə qapılır; Onun atmosferinə girib Onu
yaxından tanıma şərəfinə nail olanda da artıq
Ona aşiq olur, Ona tutulur, Ona vurulur və Ona
məftun olurdu. Onu vəsf etmək istəyən biri
acizliyini etiraf edərək: “Nə Ondan öncə, nə də
Ondan sonra Onun kimisini görmədim, görəcəyimi
də ehtimal etmirəm”, − deyirdi.Salatu-salam,
təhiyyatu-ikram, bütün ehtiram Ona, Onun alinə
və əshabına olsun, ya Rəbb!
|
|
| ISBN |
978-9952-439-39-7 |
| Səhifə |
136 |
| Ölçü |
14x21 |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|