|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
SİRR QAPISI
Həyatımızı maddiyyatda görür, xoşbəxtliyimizi,
gələcəyimizi madiyyatla ölçürük. Dörd yanımızın
sirlərin ənginliyinə qərq olmasını unuduruq.
Pup içində tırtıl kimi yaşayırıq. Bir gün bu
pupu yırtıb kəpənək olacağımızı yaddan
çıxarırıq. Gözlərimiz
yalnız maddiyə açıq, könlümüz maddiyə tutqundur.
Hər ötən gün qəlbimizdən və bizi məxluqatın
əşrəfi etmiş sirlər aləmindən uzaqlaşırıq. Bəzən
maddi meyarlarla kiçiltdiyimiz və yeknəsəq hala
saldığımız həyatımıza ümid qapıları açılır.
Maddiyyata köklənmiş ağlımızı heyrətləndirən,
bir növ silkələyib qəflət yuxusundan oyadan sirr
qapıları... Qəlbimizə bir işıq kimi doğan, onu
işıqlandıran, bizi özümüzlə həyatın və kainatın
ilahi gerçəkliyi ilə qovuşduran – Həqiqətə
açılan sirr qapıları... Yer üzündə yaşayan hər
bir insanın kiçik də olsa, bir sirr qapısı
vardır. Amma onların çoxu maddiyyatçılıq
psixologiyası ilə ört-basdır edilmişdir. Məhz bu
hekayələrlə həmin qapını tapacaq, hikmət
ümmanına baş vuracaq, o dəryanın incilərindən
nəsibinizi alacaqsınız. Həyatın gurhagurundan, informasiya xaosundan bir
anlıq rahat nəfəs almaq, işin-gücün
çiyinlərinizi əzən ağırlığından uzaqlaşmaq,
mənən yüngülləşmək, hadisələrin gedişatına başqa
nəzərlə baxmaq istəyirsinizsə...
Bu hekayələr toplusu geniş oxucu kütləsi üçün
nəzərdə tutulur.
|
|
|
ISBN |
978-9952-439-15-1 |
|
Səhifə |
152 |
|
Ölçü |
14x21 |
|
Qiymət |
2 AZN |
| |
|
|
|
 |
|
|
|
|
|
|
|