K i t a b ı n  T a n ı t ı m ı
ŞÜBHƏLƏR VƏ CAVABLARI

İnsan “Kimsən?”, “Haradan gəlirsən?” və “Hara gedirsən?” kimi əhəmiyyətli suallara həyatı boyu cavab axtarır.Amma insan övladının xəyalı sərhədsiz olduğuna görə, bu sualların cavabları ilə qane olmur və bütün şübhə və tərəddüdlərinə cavab  istəyir. Bu məsələ  bütün dövrlərdə aktual olmuşdur. Bu əsərin ərsəyə gəlməsinin əsas səbəbi də məhz bu şübhə və tərəddüdlərdir. Kitabda zehnimizi günlərlə məşğul edən, beynimizdə min bir şübhə oyadan “Şeytanın yaradılışı bizim əleyhimizə deyildirmi?”, “Orqanlarından məhrum olanlara haqsızlıq edilmirmi?”, “Zəlzələ və müsibətlərdə məsumların günahı nədir?” və s. kimi sualların cavabları işıqlandırılmışdır. Möhtərəm Safvet Senihin Azərbaycan dilinə tərcümə edilən “Şüpheler üzerine” adlı bu mükəmməl əsəri insanların qarşılaşdıqları sual və şübhələrə qaneedici cavablar verir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ISBN 978-9952-439-09-0
Səhifə 80
Ölçü 14x21