K i t a b ı n  T a n ı t ı m ı
TARİXİMİZDƏ İZ QOYANLAR

Bir məsəl var: Keçmişi unutma, o, gələcəyin müəllimidir. Cəmiyyət ağac kimidir, kökü nə qədər dərində olarsa, o qədər güclüdür, küləklərə, fırtınalara  o qədər  davam gətirir. Bir çox ciddi problemlərin səbəbi kimi insanın özündən, kökündən uzaqlaşması  məsələsinin məqsədyönlü həllində tarixin axarını dəyişmiş, zamanına möhürünü vurmuş böyük şəxsiyyətlərin həyat yolları, fikirləri və düşüncələri əhəmiyyətlidir. Bu mövzuda mədəniyyət tariximizdə saysız-hesabsız nümunə tapmaq mümkündür. Bu günün texnologiyası orta əsrlərin keçmişin texnikasını çox-çox geridə  qoymuşdur,  amma insanlıq nisbəti də belədirmi? Xalqımız istər mədəni, istərsə də elmi və siyasi tarix baxımından zəngin irsə malikdir.O tarix deyil, məktəbdir, bu gün onu öyrənməyə, ideal seçməyə hər bir vətəndaşın ehtiyacı var. Məhz bu kitabda bunlar nəzərə alınmaqla Mete xandan Alparslana, Birunidən Şəms Təbriziyə kimi dövlətlər quran, könüllər, elmi üfüqlər fəth edən şəxsiyyətlərdən, onların həyat və fəaliyyətlərindən bəhs edilmişdir.
Kitab ümumən, maraqlananlar (həvəskar oxucular),  xüsusilə, tarixşünaslar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-439-16-8
Səhifə 204
Ölçü 14x21
Qiymət

2 AZN