Basdırılmış Pul

Həyat hadisələrlə dolu, dərslərlə, ibrətlərlə zəngindir.Hadisələr baş verir, ən ibrətliləri isə dildən-dilə ötürülür, hafizələrdə yaşayır və yazıya köçürülür. Hikmət əxz edən belə hadisələr insanın
yolunu işıqlandırır, ona ibrət verir, bir müəllim kimi əlindən tutub gözəl gələcəyə aparır, yaxşı əməllərə, xeyirxah düşüncələrə sövq edir.
Sizə təqdim edilən bu kitabda əksini tapan
“Basdırılmış pul”, “Yersiz söz”, “Ağıl” və b. hekayələr bu baxımdan maraqlı mövzuları ehtiva edir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Həyat Meydanı

Himmət Sultanın yol boyu Sultan Kərimin səhra ilə bağlı məsləhətləri ağlına gəlirdi. Vəziri Qeyrətkeş və ən yaxın dostu Əzmkar səhranın çətinlik­lərini görüb Həyat Meydanına gedən yoldan geri dönmüşdülər. ”Lakin o, bütün çətinliklərə baxmayaraq bu yola qoyulmuşdu. Görəsən, bütün bu məşəqqətlərə sinə gərə biləcəkdimi? Bundan sonra yol necə olacaqdı?” Bunları düşünərkən sürətinin yavaş yavaş azalmağa başladığını fərq etdi. Fikirlərini bir kənara qoyub Şövqü mahmızlayaraq təkrar sürətini artırdı. At dörd nala çapırdı. Elə hə­yəcanlı idi ki, yolun necə bitdiyini, səhraya necə gəlib çatdığını anlamadı. Ta ki yolunu kəsən böyük gurultu qopana qədər..