|
|
|
 |
|

|
K i t a b ı n T a n ı t ı m ı |
|
XOŞBƏXT BİR YUVA ÜÇÜN
“Xoşbəxt bir yuva üçün” kitabı
müəllifinin səmimiliyi ilə
seçilən və oxucunu fədakar olmağa səsləyən bir əsər
kimi diqqəti cəlb edir. “Xoşbəxt yuvanın məhək
daşları”, “Səadət sirləri”, ”Beş sevgi dili”, “Uşaq
tərbiyəsi”, “İşləyən ananın problemləri”, “Bölüşməyi
bacarmalıyıq”, “ Uşaqlarda məktəb dövrü”,
“Əhvalınızı pozmayın” və digər başlıqlar altında
müəllif ailə mövzusunda öz müşahidələrini oxucularla
bölüşərək ailələrə problemlərin həllində sanki
bələdçilik edir.
Əsərdə “İncisək də incitməyək”, “Vəfasızlara qarşı
belə vəfalı olaq” fikri əsas hədəf kimi götürülmüş
və ailə xoşbəxtliyinə nail olmaq üçün üzərimizə
düşən məsuliyyəti dərk etməyin vacibliyi göstərilir,
bu yolda hər kəs ilk növbədə özündən başlamağa
çağrılır. Bu mənada müəllifin bir qadın olaraq
“yuvanı dişi quş tikər” fikrini vurğulaması da,
bizcə, bu fədakarlığın sübutu və məsuliyyəti dərk
etmənin göstəricisi kimi qəbul edilə bilər. Əsər,
xüsusilə, gənc ailələrdə ata-ana-övlad
münasibətlərinin düzgün tənzimlənməsinə,
formalaşmasına yardımçı olacaqdır.
|
|
|
ISBN |
978-9952-439-26-7 |
|
Səhifə |
151 |
|
Ölçü |
14x21 |
|
Qiymət |
1.50 AZN |
|
|
 |
|
|
|
|
|
|
|